Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı biznesmen qətlə yetirildi
Azərbaycanlı biznesmen qətlə yetirildi
24 Noyabr 2014 / 10:40 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Rusiyanın Krasnoyarsk diyarının Şuşensk rayonunda 46 yaşlı Azərbaycan əsilli biznesmen qətlə yetirilib.

Qətldə şübhəli bilinən 22 yaşlı Tuva sakini saxlanılıb. İstintaqın versiyasına görə, yerli xanım sakinin ona borclu olduğu 40 min rublu almaq üçün mərhum Şuşensk rayonuna gəlib.

Qadın evdə olmayıb. O, sanatoriyaya getdiyi üçün uşaqlarına və evinə baxmağı Tuvadan çağırdığı qardaşlarına həvalə edibmiş. İş adamı gələn vaxt qardaşlar qarajda bacılarının maşınını təmir edirlərmiş. Onun yüksək tonla danışması sərxoş olan qardaşların xoşuna gəlməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt qardaşlardan biri tələbkar qonağı sinəsindən bıçaqla vuraraq qətlə yetirib. Bundan sonra onlar meyiti palaza bükərək qəsəbədən 40 km uzaqda yerləşən meşəyə aparıblar.

Mərhumun yaxınlarının müraciətindən sonra polis onun axtarışına başlayıb və cinayətin üstü açılıb. Qatil ifadəsində cinayətini etiraf edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə