Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tərtər icra başçısı bələdiyyə seçkisinə ciddi müdaxilə edir
Tərtər icra başçısı bələdiyyə seçkisinə ciddi müdaxilə edir
24 Noyabr 2014 / 11:03 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı arxiv.bizimxeber.az-a olduqca maraqlı məlumatlar daxil olub. 

Belə ki, hazırda bələdiyyə seçkilərinə hazırlıq getdiyi ərəfədə Müstəqim Məmmədov öz oyununa start verib. O, öz yaxın adamının bələdiyyə sədri seçilməsinə çalışır.

Tərtərə icra başçısı təyin olunan kimi,  rayondakı obyektlərdən haqq yığmağa başlayan icra başçısı artıq boyuk biznes şəbəkəsini də formalaşdıra bilib. Hazırkı bələdiyyənin işləməsi üçün heç bir şərait yaratmayan Müstəqim Məmmədov bilərəkdən rayon sakinlərini bələdiyəə sədrindən narazı salır. Əslində heç bələdiyyə sədri də işləyən adam deyil. Sadəcə vəziyyəti bir az da ağırlaşdırmaq indi icra başçısının xeyrinə işləyir. Bələdiyyə sədri isə susmaq məcburiyyətindədir. Çünki, rayondakı bütün torpaqları sənədsiz olaraq dəyər-dəyməzinə satıb.

Məlumatda həmçinin qeyd olunur ki, Müstəqim Məmmədovun etdikləri camaatı qıcıqlandırır. Məktəblərdən, idarələrdən pul yığması azmış kimi, camaatın torpaqlarına da göz tikməsi rayon sakinlərini artıq hövsələdən çıxarıb.  Kənd sakinləri qeyd edir ki, bələdiyyə balansında olan torpaqları Müstəqim Məmmədov ələ keçirmək istəyir.

Dəfələrlə Tərtər Rayon İcra Hakimiyyətinin həyətinə yığışaraq etiraz edən insanlara isə hədə-qorxu gəlirlər.  Bir sözlə, Tərtərdə Müstəqim Məmmədov krallığı öz gücü ilə hökm sürürr…

Bələdiyyə seçkilərindən sonra yəqin ki, rayondakı torpaqlar qarış-qarış satılacaq. Hər halda Müstəqim Məmmədov bələdiyyə seçkilərinə müdaxilə etməklə da buna çalışır. İşin avand olsun,  Müstəqim Məmmədov !!!

İlkin
B
izimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə