Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şagirdlər üçün yeni elektron dərsliklər (SİYAHI)
Şagirdlər üçün yeni elektron dərsliklər (SİYAHI)
24 Noyabr 2014 / 11:35 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

Hazırda elektron dərslik portalında ümumilikdə 20 elektron dərslik var

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib. Hazırda portalda ümumilikdə 20 elektron dərslik var.

Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər. Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir. Aşağıdakı cədvəldə fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikası əksini tapıb: 

Cədvələ əsasən, daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb.

Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə