Komandamız Xorvatiyada 3:2-lik möhtəşəm qələbə qazanıb
Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. zərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadla verdiyi məlumata görə, NK “Slaven Belupo” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb. Milli futbolçumuz Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov vurub.
Qeyd edək ki, bundan öncəki oyunda da Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Xorvatiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. U-16-nın heyətində Fərid Nəbiyev dubl edib.
arxiv.bizimxeber.az