Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx İŞİD-dən danışdı
Şeyx İŞİD-dən danışdı
24 Noyabr 2014 / 13:00 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

““Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, qoca və qadınlara rəhm olunmur”

“Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

Bunu Şeyxülislam Allahşükür Paşazadə İranda keçirilən beynəlxalq konfransda məruzəsində deyib. O, qeyd edib ki, müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirilir.

“Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

İranın tanınmış din alimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin dəvəti ilə gerçəkləşən səfərdə məqsəd noyabrın 23-24-də İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etməkdir.

Şeyxülislam İrana ikigünlük səfəri çərçivəsində dünyaşöhrətli İslam alimi, İraqın Nəcəf Elmi-Dini Mərkəzinin rəhbəri Ayətüllah əl-üzma Seyyid Əli Sistaninin xüsusi nümayındəsi Ayətullah Seyid Cavad Şəhristani ilə də görüşüb. Səmimi şəraitdə keçən görüşdən sonra QMİ sədrinin şərəfinə ziyafət verilib.

Səfərdə Şeyxülislam Allahşükür Paşazadəni QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev və qurumun digərlər əməkdaşları müşayiət ediblər.

Tədbir çərçivəsində Ayətullah Məkarim Şirazi Şeyxülislam Allahşükür Paşazadə ilə görüş keçirdi. QMİ sədri tədbirin təşkilatçısına səmimi qəbula görə öz minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırdı. Şeyxülislam Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsinin mühüm rol oynadığını bildirib.

Beynəlxalq tədbirin təşkilatçısı olan Ayətullah Məkarim Şirazi də konfransa qatıldığına görə Şeyxülislam Allahşükür Paşazadəyə öz minnətdarlığını bildirdi və Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmasını xahiş etdi.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə