Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının məşhur çay evində özbaşınalıq (FOTO)
Bakının məşhur çay evində özbaşınalıq (FOTO)
24 Noyabr 2014 / 14:13 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Çayxanada qumarxana təşkil edənlər saxlanılıblar

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxtda qanunsuz qumarxana fəaliyyətinin qarşısını alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonu Bülbül prospektində yerləşən “Bikkers Club” çay evində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “poker” kart qumar oyunları təşkil etməkdə və oynamaqda təqsirli bilinən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Obyektə baxış zamanı bu oyunlar üçün istifadə olunan kart dəstələri və qumara qoyulmuş külli miqdarda pul aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, Göyçay rayonunda anadan olmuş, 23 yaşlı İsmayıl Musayev Sabirabad rayon sakini, 24 yaşlı Nicat Məmmədovla əlbir olaraq kirayəyə götürdükləri obyektdə bir neçə aydır ki, qumarxana təşkil ediblər. Gündüzlər çay evi kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Cinayətlə Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.
İstintaq araşdırmaları aparılır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə