Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı jurnalist 780 min avroya restoran aldı – FOTO+VİDEO
Azərbaycanlı jurnalist 780 min avroya restoran aldı – FOTO+VİDEO
24 Noyabr 2014 / 15:26 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

ATV-nin keçmiş əməkdaşı, teleaparıcı Emin Musəvi Latviyadakı restoranı 780 min avroya alıb.

Bu barədə  daxil olan məlumatda bildirilir. Məlumata görə, jurnalistə məxsus “Azərbaycan restoranı” işgüzar görüşlərinizi, toylarını, ad günü mərasimlərinizi, bayramlarınızı və digər banketlətrinizi keçirə biləcəyiniz, sevgilinizlə romantik şam yeməyini yeyə biləcəyiniz ən ideal məkandır.

Restoran 2 banket zalı (biri 110 nəfərlik, digəri 40 nəfərlik), 2 VİP otağından ibarətdir. VİP otaqların eyvanı meşəyə və gözəl mənzərəli gölə açılır. Bundan başqa, yay mövsümündə restoranın həyəti də müştərilərin ixtiyarındadır.

Qeyd edək ki, bir neçə gün öncə teleaparıcı, prodüser Emin Musəvi Latviyada Azərbaycan mətbəxini təqdim edən restoranı barədə Show.az-a danışıb və restoran aldığını təsdiqləyib. 

Onun sözlərinə görə, komandası ilə birgə, 5 aydır ki, Azərbaycan restoranı ilə məşğuldurlar və bir sıra yeniliklərə imza atıblar: “Bu məkan artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Restoran Latviyada, gözəl bir gölün yanında, Riqadan 10 dəqiqəlik uzaqlıqda yerləşir. Bu məkanda müştərilərə, sırf milli yeməklərimiz təklif olunur və yeməklər həm Azərbaycanlı, həm də latış aşbazlar tərəfindən hazırlanır. Restoranın üçün bir neçə tanıtım çarxı çəkilib. Latış radiostansiyalarında, internet portallarında, “Sarı gəlin” musiqisi üzərində qurulan audio və video çarxlar yayımlanır”.

Teleaparıcı hazırda bu bizneslə məşğul olsa da, onun məhs Latviyada bizneslə məşğul olmasının səbəbləri çoxdur. Belə ki, Azərbaycanda fəaliyyət göstərən, 2009-ci ildən Latviya höküməti ilə, əməkdaşlıq edən “EMco” kompaniyası, Azərbaycanda vaxtaşırı Latviya günləri keçirib. Hətta Azərbaycan Latviya istehsalı filmdə, özünü prodüser kimi sınayan Emin Musəvi, iki ölkə arasında olan isti münasibətlərdə, ictimai səviyyədə rol oynayıb.

Bu film Latışlarla ilk layihələrdən biri idi. Film “Восток дело личное” adlanır. Latviyanın indiki prezidenti və keçmiş baş naziri Bakıya təşrif buyurarkən, məhs “EMco” şirkəti xəbərləri işıqlandırmış, məlumat, foto, video materialları yerli və Latış mediasında yaymışdı. Eyni zamanda “EMco” kompaniyasının təqdimatında Layma Vaykule, Raymond Pauls və digər tanınmış latviyalılarla eksklüziv video müsahibələr çəkilib, Azərbaycan teleməkanında təqdim edilmişdi. 

Hazırda Latviyada həmyerlimiz Emin Musəvi, “EMco Latvia” kompaniyasını təsis edib. Onu da qeyd edək ki, teleaparıcı restoranın qiyməti ilə bağlı heç bir məlumat verməyib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə