Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər Azərbaycanda basdırılsın
Ermənilər Azərbaycanda basdırılsın
24 Noyabr 2014 / 15:35 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Deputat erməni pilotların nəşini xristian adəti ilə basdırmağı təklif edib

“Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin”. ANS PRESS-in məlumatına görə, bu təkliflə millət vəkili Aydın Mirzəzadə çıxış edib. O, qeyd edib ki, noyabr ayının 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücüm zamanı vurulmuş Ermənistan hərbi helokpteri məsələsi ətrafında proseslər səngimək bilmir.

“Düşdüyü çətin siyasi-dipliomatik vəziyyətin ağırlğını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helokpterin vrulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini aşıq-aydın biruzə verir.

Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyidini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyidini və onun paraşütünü götürdüyünü elan edib. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümayiş etdirilir”.

Deputatın sözlərinə görə, düşmən olsalar da helikpterdə həlak olanlar insanlardır və onların da normal torpağa tapşırılmaq hüquq var. “Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə