40-a yaxın ölkə azad ticarət zonası yaratmaq arzusundadır
Dünyanın təqribən 40 ölkəsi Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində azad ticarət zonasını yaratmaq arzusunda olduğunu bildirib. Bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.
O, “Prezident, parlament, inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda deyib ki, bu ölkələr rəsmən inteqrasiya tərəfdarlarıdır və bu məqsədlə azad ticarət zonasının yaradılması tərəfdarıdır. Avropa İttifaqı Aİİ üzvlərinə, eləcə də bizim tərəfdaşlarımıza bu fikirdən imtina etmək barədə təzyiq göstərir.
Onun sözlərinə görə, geosiyasi seçim istənilən dövlətin suveren hüququdur: “Hər bir ölkənin siyasəti, verilən qərarlar əhalinin bütün təbəqələrini, region ölkələrinin mövqeyinə söykənməlidir, həmçinin qonşu dövlətlərin, əsasən iqtisadi tərəfdaşların maraqları nəzərə alınmalıdır.” O, Aİİ ölkələrini parlamentlərarası əməkdaşlığı artırmağa çağırıb, vacib məsələlər üzrə deputatların, ekspertlərin və sahibkarların iştirakı ilə “dəyirmi masa”ların keçirilməsini təklif edib.
arxiv.bizimxeber.az