Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

20 kitabın müəllifi aparıcı olmağa hazırlaşır – Foto
20 kitabın müəllifi aparıcı olmağa hazırlaşır – Foto
24 Noyabr 2014 / 19:17 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4

Könül Nazim qızı ilə çoxdan tanışıq. Tez-tez qarşılaşdığımız veriliş və tədbirlərdə yüksək mədəniyyət, zövq və təmkinliliyi ilə hər zaman rəğbətimi qazanan xanım bu dəfə yenidən diqqət mərkəzindədir. İyirmidən çox kitab müəllifi olan Könül xanımın şeirlərinə yüzdən artıq mahnı bəstələnib. Xanım- şairə yeni xəbəri ilə bütün sevənlərini sevindirdi; onun bu yaxınlarda yeni şerlər diski işıq üzü gördü. Elə bu xəbəri eşidən kimi, Könül xanımla görüşə tələsdim.

– Könül xanım, ilk olaraq, yeni şerlər diskinizi təbrik edirəm. Necə oldu ki, 20 kitab müəllifi çap müəssisəsinə deyil, qəfil səsyazma studiyasına üz tutdu?

– Aynur, təbrikə görə çox sağ ol. Amma onu da qeyd edim ki, mənim artıq bir diskim işıq üzü görüb. Bu diski isə sırf dostlarımın arzu və istəklərini nəzərə alaraq yazdırdım. Elə diskin adı da onların istəyinə uyğundur: “Yarımçıq qalmış xatirələr”.

– Könül xanım, adətən arzular yarımçıq qalır və ya ümumiyyətlə, heç həyata keçmir. Görəsən, yaşanan xatirələr yarımçıq qala bilərmi?

– Əlbəttə, qala bilər. Misal üçün, gözəl sevgi yaşayırsan və qəfildən bütün yaşadıqlarının yalan olduğunu öyrənirsən. Nəticədə, arzular da yarımçıq qalır, elə xatirələr də. Sevdiyin insanı heç xatırlamaq belə istəmirsən.

– Çoxlarımız üçün bu vəziyyət yad deyil. Həyat varsa, sevgi də var. Sevgidə isə xəyanətlə də qarşılaşırıq, yalanla da. Həyatda bu cür vəziyyətlə qarşılaşmısınızmı?

– Dəfələrlə. Mən sevgi məfhumunu tək qadınla kişi arasında görmürəm. Dostluqda da sevgi ola bilər, amma çox vaxt yanılmışam dostlarımda. Düzdür, yaxşı sirdaşlarım çoxdur, amma zərbə aldığım insanlar da az deyil.

– Olduqca xoş, qamətli xanımsınız. Təbii ki, sizi sevənlər də az deyil! İlk ailə uğursuzluğundan sonra yenidən ailə qurmağı düşünürsünüzmü?

– Ay Allah, çox çətin sualdır! Təbii ki, mənimlə ailə qurmaq istəyən bəylərin sayı çoxdur, amma tərəddüd edirəm. Mənə elə gəlir ki, bir dəfə səhvə yol vermişəm, ikinci dəfə də uğursuzluqla nəticələnə bilər. Odur ki, hələ bu haqda düşünmürəm. Hələ ki yaradıcılığımla, öz kiçik biznesim var – onunla məşğulam.

– Biznes dediniz. Bir zamanlar maddi baxımdan bir çox kasıb ailələrə kömək göstərdiyinizi bilirəm. Hətta kimsəsizləri dəfn etməyə köməklik göstərir, onların qəbirüstü abidələrini də hazırlatdırırdınız.

– İnan Allaha, ətrafımda elə bir insan olmayıb ki, mən ona çətin məqamda yardım etməyim. Dəfələrlə olub ki, qarşılığında adi “çox sağ ol” belə deməyiblər. Hal-hazırda maddi durumum nisbətən zəifdir. Ona görə də, xeyriyyə işlərimi həyata keçirə bilmirəm. Gələcəkdə elə bir qurum yaratmaq istəyirəm ki, didərgin və yiyəsiz uşaqlara köməklik göstərə biləm. Elə bir cəmiyyətdə yaşayırıq ki, bir birimizə köməklik göstərməliyik. Necə deyərlər, əl tutmaq Əlidən qalıb! Mən bütün yaxşılığı Allah rizası üçün edirəm!

– Şeirlərinizdə tez- tez Allah adını çəkirsiniz. Faiq Ağayevin ifasında səslənən “Allahı sevirsən, ayrılma məndən” şeirinizi çox sevirəm. Tanınmış yerli müğənnilərlə iş birliyiniz olub. Xaricdə də nəsə etmək fikrin varmı?

– Aynur, mən Azərbaycansız yaşaya bilmirəm. Təbii ki, təkliflər də olub, iş birlikləri də. Amma mən heç bir zaman ölkəmdən getmərəm. 2001-ci ildə Amerikaya, 2006-cı ildə Almaniyaya ssenarist kimi dəvət aldım, lakin vətənimdən uzaqlaşa bilmədim. Amma səyahət etməyi çox sevirəm. Yay aylarında Türkiyədə istirahət etdim, çoxdan arzusunda olduğum Venesiyaya üz tutdum, San-Marinoda gözəl günlər keçirdim.

– Könül xanım, dəfələrlə müsahibələrinizdə vurğrlamısınız ki, hər yeni yazdığınız şeir sizin yeni doğulan “övladınızdır.” Hansı “övladınızı” daha çox sevirsiniz?

– Çox gözəl sualdır. Bütün kitablarım mənə əzizdir, onlar gərgin əməyim, yuxusuz gecələrimin bəhrəsidir. Lakin mənə daha doğma olan türk dünyasının əsrlərlə işğal olunmuş torpaqlarından bəhs edən “Böyük işğal” romanımdır. Bu əsər 2001-ci ildə işıq üzü görüb və artıq dörd dildə (Azərbaycan, türk, rus, ingilis) dərc edilib.

– Bu yaxınlarda aparıcı kimi özünüzü sınamaq istəyinizi eşitdim.

– Hə, amma bu istəyim mən tam arıqlayana qədər baş tutmayacaq! Düzdür, bir qədər arıqlamışam, amma efir incəliyi sevir. İdman zalına üz tuturam, pəhriz saxlayıram ki, bu arzumu gerçəkləşdirə bilim.

– See more at: http://axar.az/news/35567#ad-image-2



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə