Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

20 Noyabr faciəsi Türkiyədə də anılıb
20 Noyabr faciəsi Türkiyədə də anılıb
24 Noyabr 2014 / 19:26 / Baxış sayı: 112
Font1 Font2 Font3 Font4

Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi Türkiyənin İzmir şəhərində tarixə “20 Noyabr faciəsi” kimi daxil olan hadisənin ildönümü münasibəti ilə tədbir keçirib. 1991-ci il noyabrın 20-də Xocəvənd royonunun Qarakənd kəndində erməni hərbi birləşmələri tərəfindən vurulan vertolyotda həlak olan Azrbaycanın tanınmış 22 dövlət və ictimai-siyasi xadiminin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Sonra dərnəyin mətbuat xidmətinin rəhbəri Nigar Abdullayeva iştirakçılara Qarakənd faciəsi ilə bağlı ətraflı məlumat verib.

Hər zaman olduğu kimi hadisəyə beynəlxalq aləmin susqun yanaşmasından təəssüfləndiyini bildirən Nigar xanım, bu yaxınlarda Azərbaycanın sərhədlərini pozan erməni vertolyotunun əsgərimiz tərəfindən vurulmasını dünya ictimaiyyətinin faciəyə çevirməsinin qəbulolunmaz olduğunu qeyd edib. “Dünya bu məsələlərə ədalətli şəkildə deyil, ikili standartlarla yanaşır. Artıq bu cür yanaşmanın zamanı çoxdan çatmış”- şəklində çıxışını tamamlayıb.

Tədbirdə qondarma erməni soyqırımıyla mübarizə aparan Tələt Paşa Komitəsinin İzmir dönəm başkanı Kevsər Kulachıoğlu, Qafqaz Dərnəyi başkanı Vehpi Kuş, Dərnəyin İdarə heyyətinin üzvləri Fadil Ünal və Ahmet Börək də çıxış edərək şəhidlərimizə rəhmət diləyib, Azərbaycanın dərdinin bütün türk dünyasının dərdi olduğunu qeyd ediblər.

AQİD-in başqan yardımcısı Cavid Əliyev də öz çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti bu kimi olaylardan nəticə çıxarmalı, ermənilərin bu cür özbaşınalığına və terror aktı törətmələrinə göz yummamalıdırlar. O, sonda dərnəyə başsağlığına gələn hər kəsə təşəkürünü də bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə