Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ali məktəblərə qəbul qaydaları liberallaşır –YENİLİK 
Ali məktəblərə qəbul qaydaları liberallaşır –YENİLİK 
25 Noyabr 2014 / 13:56 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4
Gələn ildən ali məktəblərə qəbul qaydaların liberallaşması nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, keçən ildən başlayaraq 9 illik bazadan texnikumlara buraxılış imtahanı nəticəsində abituriyentlərin qəbulu aparılırdı.
TQDK sədri qeyd edib ki, gələn ildən isə 11 illik bazadan texnikumlara qəbul buraxılış imtahanının nəticəsində aparılacaq: “Onlar qəbul imtahanı vermədən buraxılış imtahanlarının nəticələrinə əsasən texnikumlara qəbul ola biləcəklər. XI sinif şagirdlərinə həm də ali məktəblərin imtahanlarında iştirak etmək imkanı verilir. Şagirdlərin seçimindən asılı olaraq onlar ali məktəblərə sənəd verə, istəmirlərsə də buraxılış imtahanı nəticəsində texnikuma qəbul ola biləcəklər”.

M. Abbaszadənin sözlərinə görə, daha bir yeniliyə əsasən, gələn ildən III qrupda qabiliyyət tələb edən ixtisaslar və IV qrupda qabiliyyət tələb edən idman ixtisaslarına qəbul buraxılış imtahanı və qabiliyyət imtahanı nəticəsində aparılacaq. Bu da qəbul imtahanlarında iştirak edən uşaqların daha da ciddi hazırlaşmalarına əlavə imkan yaradacaq: “Uzun illərdir gileylənirik ki, qabiliyyət tələb edən ixtisaslara gedən şagirdlərin göstəriciləri aşağı olur. Bu göstərici 100-150-200 arasında dəyişir. Son 20 ildə III qrupda yaradıcılıq tələb edən aktyorluq, musiqi, rəssamlıq, rejissorluq kimi ixtisaslarda 5 fəndən yaxşı nəticə göstərən uşaqlar az olub. Onlar yaxşı hazırlaşmırlar, bəlkə də onlar üçün çətindir. Amma indi onlara imkan verilir ki, 3 fəndən – Ana dili, Riyaziyyat və Xarici dildən hazırlaşaraq ali məktəbə qəbul olsunlar. Əgər onlar buraxılış imtahanında “2” alsalar, attestat alacaqlar, amma onların balları qabiliyyət imtahanında iştirak etməyə imkan verməyəcək. Buraxılış imtahanında hər bir fənn üzrə 10 bal məhdudiyyəti qoyulur. Onlar hər bir fənn üzrə 30 sualdan ən azı 8-nə cavab verdikləri halda, qabiliyyət imtahanda iştirak edə biləcəklər”.

Əvvəlki illərin məzunlarına gəlincə, onlar yalnız texnikumlara qəbul olmaq istəyirlərsə, ərizə verərkən bunu sənədlərində qeyd edirlər. Bununla da onlar eksternat buraxılış imtahanlarında iştirak edəcəklər: “Əgər onlar qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyirlərsə, yenə də eksternat buraxılış imtahanlarda iştirak etməlidirlər. Əgər ali məktəblərin ümumi ixtisaslarının müsabiqəsində iştirak etmək istəyirlərsə, o zaman onlar qəbul imtahanlarında iştirak etməli olacaqlar”.

Qaydalar ekspertlər tərəfindən bəyənilib və təsdiq olunub. Qaydaların hüquqi müstəvidə yaxın günlərdə təsdiq ediləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə