Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sinoptiklərindən xəbərdarlıq: özünüzü soyuqdan qoruyun
Sinoptiklərindən xəbərdarlıq: özünüzü soyuqdan qoruyun
25 Noyabr 2014 / 14:01 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilərlərlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Bu barədə “Trend”-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə