Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis rəisinin müavinini güllələyən şəxs direktorla razılaşdı
Polis rəisinin müavinini güllələyən şəxs direktorla razılaşdı
25 Noyabr 2014 / 15:48 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Lətifov Gülağa Ağaxan oğlu barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri və zərəçəkən şəxsin nümayəndəsi çıxış edib. Bundan sonra prokuror təqsirləndirən şəxsə suallar verib. Daha sonra qətlin törədildiyi ərazinin yaxınlığında yerləşən Sabunçu rayon 68 saylı orta məktəbin direktoru Təhməz Eyvazov ifadə verib: “Gülağa bir dəfə yanıma gəlib dedi ki, burada nəysə tikəcək (məktəbin ərazisini nəzərdə tutur). Dedim ki, bura məktəbin ərazisidir, burada sənin uşaqlarınla yanaşı digər şagirdlər oynayır. O isə mənə dedi ki, “İcra hakimiyəti ilə danışmışam, razı olublar, gəlib tikirəm”.

Bu barədə Təhsil şöbəsinə məlumat verdim, İcra hakimiyyətinə getdim. Onlar məsələdən xəbərsiz olduqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra gördüm Gülağa gəlib oraya maşınla daş tökdürüb. Biz mübahisə etdik. Onu deyim ki, mən 22 ildir bu məktəbnin direktoruyam. Məktəb 1919 cu ildən fəaliyyət göstərir. Məktəbin ərazisi ilə bağlı sənədi yoxdur. Bununla bağlı mən hər yerə teleqram vurmuşam. Amma mənim teleqramıma cavab verən olmayıb. Hadisədən öncə Təhsil Nazirliyində bu məsələni qaldırmışam. Nazirə də məktəbin sənədinin olmadığını bildirmişəm”.

Bundan sonra hakim və prokuror ifadə verən məktəb direktoruna suallar veriblər. İttiham olunan G.Lətifov da şahidin düzgün ifadə verdiyini bildirib. Məhkəmə prosesi dekabr 1-də davam etdiriləcək. Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb.

Nəticədə F.Qədirov və Y.Alpaşeyev dünyasını dəyişib. Suraxanı Rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Akif Nəzərov, eləcə də onun oğlu, polis leytenantı Asif Nəzərov isə yaralanıb. İstintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb. Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşları və qum tökdürüb.

Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Tikinti işləri başlanan zaman qəsəbə sakinləri Fərid Qədirov, Akif Nəzərov, Asif Nəzərov və Yusif Alpaşayev ondan bu hərəkətlərinə son qaymağı tələb ediblər. Onun tökdürdüyü mişar daşlarını meydançanın kənarına yığarkən Gülağa Lətifov özünə məxsus “Nissan-Juke” markalı 90 SK 207 dövlət nömrə nişanlı avtomaşınla ora gəlib. Tikinti işləri aparmasına imkan vermədiklərinə görə onlarla mübahisə edib.

Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şxəsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya imumi təhlükəli üsülla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə