Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xamneyi: “Düşmən islam respublikasını diz çökdürə bilmədi”
Xamneyi: “Düşmən islam respublikasını diz çökdürə bilmədi”
25 Noyabr 2014 / 18:20 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

İranın dini lideri ayətullah Əli Xamneyi noyabrın 25-i Tehranda keçirilən “Ekstremist və təkfirçi cərəyanlar islam alimlərinin baxışında” mövzulu beynəlxalq konfransda çıxış edərək Qərblə aparılan nüvə müzakirələrindən və Fələstinin Qərb sahilindən danışıb. 

Xamneyinin çıxışı Qərblə İran arasında Vyanada keçirilən müzakirələrin vaxtının 7 ay uzadılması razılığından bir gün sonraya təsadüf edib. “Media forum” saytının məlumatına görə, Xamneyi deyib: “Düşmən nüvə məsələsində islam respublikasını diz çökdürə bilmədi. Amerika və Avropanın müstəmləkəçi ölkələri bir yerə toplaşmışdılar ki, İran İslam Respublikasını nüvə məsələsində diz çökdürsünlər. Lakin bunu bacarmadılar və Allah qoysa, gələcəkdə də buna nail ola bilməyəcəklər”.

Xamneyi Fələstinin Qərb sahilinin silahlandırılmasının vacibliyindən danışıb: “Bundan əvvəl də bildirdiyim kimi, Qərb sahili silahlanmalı və müdafiəyə hazır olmalıdır. Sözsüz ki, bu hökmən olacaq. İslam respublikası Livandakı şiə “Hizbullah”ına, “Həmas”a, “İslam cihadı”na və Fələstinin digər sünni qruplarına yardım etdiyi kimi Qərb sahilinə də yardım göstərəcək”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə