Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıdakı məscidi niyə yandırdılar – Yenilənib, Fotolar
Bakıdakı məscidi niyə yandırdılar – Yenilənib, Fotolar
26 Noyabr 2014 / 12:15 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Noyabrın 26-da səhər saat 01:55 radələrində Qaraçuxur məscidində yanğın olub.

Hafta.az-ın verdiyi məlumata görə, məscidə 6-7 min manat həcmində ziyan dəyib. Məscidin axundu Mirmahmud Fəttayev məscidin yandırıldığını iddia edib. Məscid axundunun sözlərinə görə, Allah evinə 6-7 min manat həcmində ziyan dəyib: “Məscidin xalça və gəbələri tamamilə yanıb. Pənəcərə şüşələri sındırılıb”.

Mirmahmud Fəttayevin sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil: “Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar iki nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb.

Hazırda polis hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır. Lakin bu olayla bağlı hələ heç bir rəsmi məlumat verilməyib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə