Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş Prokurorluğun keçmiş işçisinə 13 il həbs istənildi
Baş Prokurorluğun keçmiş işçisinə 13 il həbs istənildi
26 Noyabr 2014 / 12:19 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxış edərək, V. Müslümovun 13 il, S. Biserovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Vüsal Müslümov və onunla birlikdə həbs olunmuş S. Biserov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. V. Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə