Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zorlanma faktları kifayət qədər aşkarlanmır” – MÜNASİBƏT
“Zorlanma faktları kifayət qədər aşkarlanmır” – MÜNASİBƏT
26 Noyabr 2014 / 12:38 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4
Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi bu ilin birinci yarısı üçün zorlama və zorlamaya cəhdə dair statistikanı açıqlayıb.

Komitədən verilən məlumata görə, 2014-cü ilin birinci yarısında 18 belə fakt aşkarlanıb. Mövzu ilə bağlı “Təmiz Dünya” İB sədri Mehriban Zeynalova Birlik.az saytına münasibət bildirib:

“Dövlət statistika komitəsinin açıqlaması rəsmi müraciətlərə istinad edir. Yəni hansı faktlar ki, qeydə alınıb. Zorlanma baş verdiyi halda DİN və Prokurorluğa rəsmi müraciət edilib. Lakin nəzərə almaq lazımdır ki, zorlanma fiziki və cinsi zorakılıq faktı olduğundan və zorlanmaya məruz qalmış qadınlar çox vaxt bu barədə susurlar. Belə hallar azyaşlılar da olduqda isə zorlayan tərəfindən edilən təhdidlər, stereotiplər, valideynlərindən qorxu hissi bu halın aşkarlanmasına və vaxtında müraciəin qarşısını alır. Çox vaxt müddəti keçmiş müraciətlərdə faktı sübut etmək olmur.

Məsələn, bu yaxında Qız qalasında zorlanma faktı ilə bağlı məlumat yayılmışdı və ana bildirirdi ki, zorlanma faktı çoxdan baş verib. Belə hallarda zorlanma faktları kifayət qədər aşkarlanmır və bu cinayət xronikasında öz yerini tapa bilmir”.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə