Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədovaya yenidən dərs veriləcək
Gülər Əhmədovaya yenidən dərs veriləcək
26 Noyabr 2014 / 13:10 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“Gülər Əhmədova həbsdən çıxandan sonra Bakı Dövlət Universitetinə gəlməyib”. Bu barədə AzVision.az-a açıqlamasında BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, universitetdə Gülər Əhmədovaya dərs ayrılmayıb. “Gülər Əhmədovaya dərs ayrılmayıb. Əgər o özü bununla bağlı universitetə müraciət edərsə, ona yenidən dərs ayrılacaq. O, işdən çıxarılmayıb. Gülər Əmədova azadlığa çıxdıqdan sonra universitetə gəlməyib”.

Xatırladaq ki, Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videogörüntülər əsasında həbs edilmişdi. O, Cinayət Məcəlləsinin etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə maddələri ilə təqsirləndirilmişdi. Bir müddət öncə isə Bakı Appelyasiya Məhkəməsində Gülər Əhmədovanın şərti azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib. Eks-deputat həbs edilənədək BDU-nun Psixologiya kafedrasında müəllim işləyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə