Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə 53.000 ağacəkmə kampaniyası davam edir
Gəncədə 53.000 ağacəkmə kampaniyası davam edir
26 Noyabr 2014 / 13:49 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovun mətbuata verdiyi açıqlamaya əsasən, aksiyanın ilk günündən bu günə qədər şəhərdə 30.000-ə yaxın ağac əkilib: – “Kütləvi surətdə davam edən ağacəkmə kampaniyası çərçivəsində hər gün ağac əkilir. Kampaniya Gəncənin hər yerini əhatə edir.

Bu gün şəhərin Heydər Əliyev adına Park Kompleksində davam etdirilən kampaniya çərçivəsində 4000-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Kampaniya dekabr ayının 24-ə qədər davam edəcək” Kampaniyada Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri də iştirak edir. Qeyd edək ki, aksiya zamanı əkilən ağaclara qulluq göstərilir və dibləri bərkidilir.

Daha sonra ağaclar damcı suvarma sistemi ilə suvarılır. Bundan başqa əvvəllər əkilən ağaclara da aqrotexniki qulluğun göstərilməsi davam edir.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə