Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məscidin yandırılmasına görə həbslər başladı – (Yenilənib 3, Fotolar)
Məscidin yandırılmasına görə həbslər başladı – (Yenilənib 3, Fotolar)
26 Noyabr 2014 / 16:37 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Qaraçuxur məscidinin hansı səbəbdən yanması haqda hələ də hər hansı rəsmi informasiya yoxdur.

Fəaliyyəti dayandırılan “Əbu Bəkr” məscidinin rəhbəri Qamət Süleymanov yanmış məscidin imamına istinadən məscidin yandırıldğını deyib. “Qarçuxurda gərginlik var idi, iki məzhəb arasında gərginlik yaşanırdı, əhli-sünnə tərəfdarları artırdı, bu da gərginliyə səbəb olurdu”, – Q.Süleymanov bildirib.

O qeyd edib ki, təhlükəsilik kamerlarına baxılsa, bu işi kimlərin törətdiyini üzə çıxarmaq mümkün olar. Q.Süleymanov bildirib ki, kimlərsə məscidin şüşələrini sındıraraq içəriyə yandırıcı maddələr atıb, bina alovlanıb, yanğının qarşısı yanğınsöndürənlərin köməyi ilə alınıb. Amma Q.Süleymanov yanğına səbəb kimi tərəflərin bir-birinə münasibətini göstərib. “ Haqqında danışdığım dini əsaslı gərginliyi aradan qaldırmaq üçün məscidləri ayırmaq lazımdır, tərəflər bir yerdə namaz qıla bilməzlər”, – Q.Süleymanov bildirib.

O, bu gərginliyin səbəbinin minilliklərə dayandığını və bunun sirr olmadığını söyləyib. Onun fikrincə, tərəflər bir yerdə namaz qılanda danışıqları, münasibətlərilə bir-birində qıcıq yaradırlar. Q.Süleymanov Qaraçuxurda əhli-sünnə üçün məscidin tikilmədiyi halda namaz qılmaq üçün Bakının mərkəzində İlahiyyat məscidinə axışacaqlarını proqnozlaşdırıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məscidə hücum olması, yandırılması haqda yayılan xəbərləri yalan və əsassız adlandırıb.O bildirib ki, məscidin gözətçisi gecə Suraxanı Rayon Polis İdarəsinin 32-ci bölməsinə müraciət edərək 2 nəfər tanımadığı şəxsin məscidin girişinə salınmış xalçaya od vurub qaçdığını bildirib. Onun kiçik bir hissəsi yanıb ki, bunu da gözətçi özü söndürüb. 32-ci polis bölməsinin əməkdaşları gözətçinin müraciətini araşdırırlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə