Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlik çürüyən hərbçini nəzarətə götürdü
Nazirlik çürüyən hərbçini nəzarətə götürdü
26 Noyabr 2014 / 17:06 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən əziyyət çəkən baş leytenant İlkin Quliyevin vəziyyəti  Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülüb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, onun müalicəsi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda aparılacaq.

A.Qədirlinin sözlərinə görə, hərbçinin vəziyyətinə Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”sında baxılıb və müalicəsinin Azərbaycanda aparılması tövsiyə olunub: “Xəstəliyi xroniki xəstəlikdir. O, Travmatologiya və Ortopediya İnstitutunda uzun müddətli müalicə keçəcək. Hərbçinin Türkiyəyə göndərilməsi nəzərdə tutulmur”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə