Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məsciddəki yanğınla bağlı – QMİ-dən açıqlama
Məsciddəki yanğınla bağlı – QMİ-dən açıqlama
26 Noyabr 2014 / 17:56 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib.  AzNews.az xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən APA-ya verilən açıqlamada bildirilir ki, həmin məscid daxilində və yaxud məscidin idarəçiliyini həyata keçirən dini icma daxilində bağlı heç bir problem yoxdur.

QMİ-dən bildirilib ki, baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib və bunun araşdırılması üçün də hüquq mühafizə orqanları məşğul olur: “Hüquq-mühafizə orqanları araşdırmanın nəticəsini açıqladıqdan sonra hadisəyə öz mövqeyimizi bildirəcəyik”.

Qeyd edək ki, ötən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə