Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sergey Dovlatovun “Zona”sı Azərbaycan dilində – FOTO
Sergey Dovlatovun “Zona”sı Azərbaycan dilində – FOTO
26 Noyabr 2014 / 18:12 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Qanun nəşrlər evi yeni kitabını oxuculara təqdim edib.  AzNews.az həmin yeni kitabın – Sergey Dovlatovun “Zona” kitabından bir neçə çıxarışı təqdim edir:

“…Mən bütün işlərimdən qabaq gərək “Zona”nı nəşrə hazırlayardım. Axı mənim başabəla yazıçılığım məhz bundan başlayıb…”

“…Nəzarətçi kimi xidmətə başlayanda mən məhkumun simasında bir qurban görməyə hazır idim. Öz timsalımda isə – divantutan. Cəmisi bir həftədən sonra bütün xülyalarım heçə yuvarlandı. Mən qazamatla azadlıq arasında heyrətamiz oxşarlıq aşkar etdim… Qadağaların hər iki üzündən eyni dünya boylanırdı – vahid və insafsız…”“…İdrakım alışdığı əndazədən çıxırdı. Özüm haqda üçüncü şəxs qismində düşünməyə başlayırdım… Ətrafda tükürpərdici vaqiələr baş verirdi. Adamlar heyvanlara çevrilirdi. Biz insan sifətini itirirdik – aclıqdan, alçalmaqdan, qorxu-iztirabdan… Mənim bədən üzvlərim təbdən düşmüşdü. İdrakımsa sarsılmaqdan qurtula bilmişdi… Aclıq, ağrı, xiffət – bütün bunlar yenilməz idrakımın əvəzsiz xammalına çevrilirdi…”

“…Əslində, mən artıq yazmağa başlamışdım. Mənim ədəbiyyatım – həyatımı tamamlayırdı. Belə bir tamamlama olmadan həyatım heç nəyə yaramazdı. Bütün bunları kağıza köçürmək qalırdı. Mən SÖZ axtarışına çıxmışdım…”



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə