Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtobus qoyun sürüsünün üstündən keçdi
Avtobus qoyun sürüsünün üstündən keçdi
26 Noyabr 2014 / 23:26 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib.  Bu gün axşam saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Göyçay şəhər sakini İsmayılov Elşad Laçın oğlunun idarə etdiyi 99-GZ-679 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu yolda hərəkət edən qoyun sürüsünün üstünə çıxıb. Hadisə zamanı Bığır kənd sakini, fermer Eldəniz Cəbrayılova məxsus qoyunlardan 30 başı tələf olub, bir neçəsi ağır yaralanıb. Hadisə zamanı qoyunları magistral yol ilə Ağdaşdan Göyçaya aparan Eldəniz Cəbrayılov xəsarət almayıb.

Avtomobil qoyunları yolun ortasında vurub. Hadisə şahidlərinin sözlərinə görə qoyun sürüsünü yolun ortası ilə aparan şəxs gecənin qaranlıq vaxtında yolda hərəkət edən avtomobillər üçün tələb olunan müəyyən işıq işarəsindən istifadə etməyib. Hadisə zamanı Göyçay-İsmayıllı marşurutu üzrə hərəkət edən sərnişin mikroavtobusuna ciddi ziyan dəyib, xəsarət alan yoxdur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə