Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməniləri ələ salan erməni
Erməniləri ələ salan erməni
27 Noyabr 2014 / 14:29 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Movses Akopyan erməni ictimaiyyətini aldadan açıqlama verib

Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Movses Akopyan növbəti dəfə erməni ictimaiyyətini ələ salan, aldadan açıqlama verib. Vertolyot ekipajı üzvlərinin dəfn mərasimindən sonra bildirib ki, Ermənistan ordusu müharibə üçün yaradılıb, daim hazır vəziyyətdədir və rəqibin istənilən hərəkətlərinə cavab vermək qabiliyyətindədir. 

M.Akopyan jurnalistlərin “vertolyot həqiqətənmi sərhədə çox yaxın uçurdu və pilotların təxliyyəsi, hadisənin qiymətləndirilməsi məsələsində beynəlxalq strukturların səyləri məqbuldurmu” sualına isə belə cavab verib: “Ekspertiza təyin edilib və bütün məsələlərə cavablar ondan sonra veriləcək. Xidməti araşdırma bütün suallara aydınlıq gətirəcək. Hansısa strukturun işlərini qiymətləndirə bilmirəm”.

Doğrudan da yalançının yaddaşı olmazmış. Özünü “nazir” hesab edən bu şəxs bu müsahibədən bir gün əvvəl Ermənistan ordusunun yox, “Dağlıq Qarabağ ordusu”nun gücündən ağızdolusu danışır, baş verən hadisəyə görə Azərbaycanı, ATƏT-i, Minsk qrupunu və ümumlikdə, bütün beynəlxalq təşkilatları günahlandırır, nəticədə sülh istədiklərini söyləyirdi. İndi isə deyir: “Ermənistan ordusu müharibə üçün yaradılıb. Hansısa strukturun işlərini qiymətləndirə bilmirəm.”

Buradan belə bir sual doğur: “Müharibəyə hazırlaşan, bunun üçün əmr gözləyən ölkə necə sülh istəyir. Belə yalan, sərsəm fikirlərlə şəxsi mənafe güdməyin, vəzifəni qorumağın faydası nə qədər olacaq.”

Yadınızdadırsa, o, vertolyot vurulan zaman deyirdi ki, vertolyot sərhədə yaxın ərazidə uçmayıb, sanki beynəlxalq cinayət törədilib. Amma pilotlar dəfn olunduqdan sonra deyir ki, ekspertiza təyin edilib və bütün məsələlərə cavablar ondan sonra veriləcək. Demək ki, bu, ictimaiyyəti aldatmaqdır. Bunun kimi bədbəxtlərin, ümumilikdə indiki separatçı hakimiyyətin xisləti belədir, bunlar nəinki dünyanı, hətta özlərini belə aldatmaqdan çəkinmir, əksinə, bunu ustalıqla bacarırlar. Amma unudulmasın ki, aldadanları da bir gün kimsə aldadacaq…

Xatırladaq ki, bu il noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün vurulub. Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı “Erebuni” hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsus olub.

Bizmxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə