Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rayonlara qar yağacaq
Rayonlara qar yağacaq
27 Noyabr 2014 / 14:37 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Sabah Azərbaycan ərazisində 10 dərəcə şaxta gözlənilir

Noyabrın 28-i ölkədə yağıntılı hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək.

Noyabrın 28-i Bakıda və Abşeron yarımadasında temepratur gecə 3-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Rayonlarda da noyabrın 28-i fasilələrlə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcəyi gözlənilir. Duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə