Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkilindən televiziyalara ŞOK İTTİHAM
Millət vəkilindən televiziyalara ŞOK İTTİHAM
27 Noyabr 2014 / 14:51 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“İndi elə dövrdür ki, televiziya istənilən xalqı istədiyi şəklə sala bilir. Televiziyalarımızda bəzi yersiz, düşük şou proqramlarının olması, törədilən cinayətlər haqqında məlumatların verilməsi və s. ziyanlıdır”. Bunu Lent.az-a müsahibəsində millət vəkili, professor Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sanki insanın insanı öldürməsindən, oğurluqdan başqa bir iş yoxdur. “Axı, bu ölkə tamamilə yenidən  tikilir, qurulur, insanların həyat şəraiti yaxşılaşır, bir zamanlar insanların atla getdiyi kəndlərə asfalt yollar, qaz və su olmayan kəndlərə qaz və su boru kəmərləri çəkilir. Qocalar evinə baş çəkilir, qonşu qonşuya kömək əlini uzadır. Televiziya proqramları sanki adamlarımızı bir-birindən yadlaşdırmağa, cəmiyyəti parçalamağa yönəlmiş bir siyasəti yerinə yetirirlər. Televiziya proqramları aparıcılarının bəzilərinin səviyyəsi çox aşağıdır. Dövlətimizin bütövlüyünə və milli birliyimizə xələl gətirən ifadələri nə qədər istəsəniz aparıcıların nitqində eşidə bilərsiniz. İndi yerindən duran müğənni olmaq istəyir. Başa düşürəm, insanın istəyi normal bir şeydir, istəyi qadağan etmək olmaz. Fikrimcə, ölkəmizdə KİV-lər haqqında qanunlar daha mükəmməl işləməlidir. Nə qədər maliyyə yükü daşısa, kadr, efiri doldurmaq çətinliyi olsa da, ölkəmizdə uşaq televiziyası yaradılması üçün ciddi səylər edilməli, lazımi işlər görülməlidir. Evdə azyaşlı uşaqların cizgi filmlərini seyr etdikdən sonrakı  davranışlarını bir müşahidə edin. Rusiya telekanallarında gedən filmlərə,  məsələn,“Maşa və Ayı”nı seyr edənlər ona, Türkiyə telekanallarında  “Pepe” ya baxanlar isə buna bənzəmək istəyirlər, eyni hərəkətləri edirlər. Bizim uşaqlarımız niyə görə ona-buna bənzəməyə çalışmalıdırlar?”.

Millət vəkili Azərbaycanda uşaq televiziyasının vacibliyini də qeyd edib: “Uşaq tv olarsa, balacalar təkcə böyüklərdən deyil, eyni zamanda kanaldan davranış, oturub-durmaq, yemək  qaydalarını,  böyüyə hörməti, kiçiyə qayğını, torpaq, vətən sevgisini, milli adət-ənənələrimizi və s. məsələləri daha yaxşı öyrənərlər, bacarıqlarını inkişaf etdirərlər. Ölkədə Uşaq TV-nin indiyədək olmamasını ziyanlı hesab edirəm. Belə bir TV-nin yaradılmasını strateji əhəmiyyətli bir məsələ sayıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə