Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

XİN “1+1” telekanalının akkreditasiya barədə müraciətini rədd etdi 
XİN “1+1” telekanalının akkreditasiya barədə müraciətini rədd etdi 
27 Noyabr 2014 / 15:45 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azərbaycan XİN Ukraynanın “1+1” telekanalının Azərbaycanda akkreditasiyadan keçmək barədə müraciətinə rədd cavabı verib. Bunu Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ukraynanın “1+1” kanalı tərəfindən müvafiq akkreditasiyadan keçmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edilib: “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunundan çıxış edərək Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş qaydalar çərçivəsində bu kanalın müraciətinə baxılıb.

Təəssüf ki, bu kanalın nümayəndələri akkreditasiya qaydalarına riayət etmədən və Xarici İşlər Nazirliyində müvafiq akkreditasiya kartı almadan Azərbaycan ərazisində jurnalist fəaliyyəti ilə məşğul olublar və bu da qanun pozuntusudur”.

H. Hacıyev xatırladıb ki, bu şəxslər Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan dövlətinin razılığı olmadan səfər ediblər və müraciətlərində işğal olunmuş Azərbaycan ərazilərinə səfər edəcəkləri barədə heç bir məlumat verilməyib: “Veriliş əsnasında Azərbaycana qarşı həqarət xarakterli ifadələrə yer verilib. İndi isə müxtəlif bəhanələrlə öz əməllərinə bəraət qazandırmağa çalışırlar”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə