Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İldırımzadənin bacısı oğlu rəis təyin edildi
İldırımzadənin bacısı oğlu rəis təyin edildi
27 Noyabr 2014 / 15:47 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub. Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəsi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal RPİ-nin İstintaq şöbəsinə rəis təyin olunub.

Nazirin digər əmri ilə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər RPİ-nin İstintaq şöbəsinə rəis təyin edilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib. Milli.Az-ın məlumatına görə, Erol Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur. İldırımzadənin özü isə Ramil Usubovun qudasıdır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə