Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəzifəli şəxslərə cinayət işi
Vəzifəli şəxslərə cinayət işi
27 Noyabr 2014 / 18:38 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Baş Prokurorluq Bakıda 140 minlik cinayət işini açdı

Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri barədə həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə ayrı-ayrı şəxslərin adlarına saxta əmək kitabçalarının tərtib edilməsi, əmək haqqı barədə arayışların müxtəlif şəxslərin adlarına saxtalaşdırılması, işsizlik müavinətlərinin düzgün hesablanmaması və yol verilmiş digər qanunsuzluqlar nəticəsində ümumilikdə 137 min 853 manat məbləğində qanunsuz ödənişlər aparılmaqla mənimsənilməsində şübhəli biliniblər. Şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 313-cü ( vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə