Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Orxan Zeynalovun apelyasiya şikayəti təmin edilmədi – (Yenilənib)
Orxan Zeynalovun apelyasiya şikayəti təmin edilmədi – (Yenilənib)
27 Noyabr 2014 / 18:41 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 
Rusiya Federal Ali Məhkəməsində keçirilən prosesdə O. Zeynalovun vəkili Abbasmirzə Abdullayev məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barədə məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib. Rusiya Ali Məhkəməsi birinci məhkəmə instansiyasının çıxardığı hökmü qüvvədə saxlayıb.
* * *
12:13

Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən azərbaycanlının apelyasiya məhkəməsi bu gün başlayacaq.

ANS PRESS-in məlumatına görə, Moskva sakininin ölümündə günahlandırılaraq 17 il iş almış Azərbaycan vətəndaşı məhkəmədə özünü müdafiə edərək həbs müddətinin azaldılmasına nail ola bilər. Qeyd edək ki, Şəmkir rayon sakini Orxan Zeynalovun işi üzrə Rusiya Ali Məhkəməsinə apelyasiya şikayəti edilib. Ali Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumata görə, apelyasiya məhkəməsi noyabrın 27-ə təyin edilib.

Xatırladaq ki, Qərbi Biryulevo rayonunda baş vermiş qətl yerli əhalinin ayağa qalxmasına və qafqazlılar əleyhinə talanlarla müşahidə olunan etiraz aksiyaları keçirilməsinə səbəb olmuşdu. Nəticədə Rusiya hüquq-mühafizə orqanları 400-ə yaxın adamı həbs etmişdi.

Bir çox ekspertlər Orxan Zeynalovun tələm-tələsik həbsinin məhz bu etiraz aksiyalarını susdurmaq üçün təşkil edildiyini bildirirlər. Onun zorakılıqla həyata keçirilən həbsi Rusiya telekanalları tərəfindən geniş işıqlandırılmışdı. Orxan Zeynalov qolları bağlı şəkildə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin kabinetinə aparılaraq diz çökdürülmüşdü. Günahı sübut edilməmiş Azərbaycan vətəndaşı ilə bu cür orta əsr ədası ilə davranılması Rusiyanın bir sıra hüquq müdafiəçilərinin etirazına səbəb olmuşdu.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə