Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı İstintaq Təcridxanasında nikah mərasimi – (Fotolar)
Bakı İstintaq Təcridxanasında nikah mərasimi – (Fotolar)
27 Noyabr 2014 / 18:45 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabe qurumlarında saxlanılan şəxslərin “ASAN xidmət”in fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.

arxiv.bizimxeber.az Penitensiar xidmətin saytına istinadən bildirir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İsmayılov Ramil Novruz oğlu bu imkandan istifadə edərək nikahını qeydə aldırıb.

Həbs edilmiş şəxs R.İsmayılovun və onun yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. 27.10.2014-cü il tarixdə təcridxananın inzibati binasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşları Ağayeva Leyla və Qasımova İnci tərəfindən R.İsmayılovun vətəndaş Əsgərova Lalə Fərhad qızı ilə nikahı qeydə alınıb.

Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN xidmət”in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Virtualaz.org



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə