Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müdafiə Nazirliyi çürüyən hərbçi ilə bağlı ifşaedici açıqlama yaydı
Müdafiə Nazirliyi çürüyən hərbçi ilə bağlı ifşaedici açıqlama yaydı
27 Noyabr 2014 / 18:56 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4
“Cəmi dörd ay xidmət edən əsgər İlkin Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb”
“KİV-də özünü “baş leytenant” və “Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun (XTO) kəşfiyyatçısı” kimi təqdim edən Quliyev İlkin Hüseyn oğlu 13.01.2007-ci il tarixində Füzuli Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə minaatan batareyasında əsgər kimi xidmət edib.10.04.2007-ci il tarixdən 27.06.2007-ci il tarixədək müxtəlif hərbi tibb müəssisələrinin psixiatriya bölmələrində “Şəxsi keyfiyyətlərinin aksentuasiyası. Sol saidin ön səthinin dərin çapıqları” diaqnozu ilə müalicə alıb”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətindən deyilib ki, İlkin Quliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsində müalicə olunduğu zaman 26.05.2007-ci il tarixdə “Kəskin appendisit”ə görə cərrahi əməliyyat olunub və 27.06.2007-ci il tarixdə hospitaldan çıxarılaraq hərbi hissəsinə göndərilib: “O, 02.07.2007-ci il tarixdə təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə qəbul olunub və 10.08.2007-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilərək “Şəxsiyyətin orta dərəcəli oyanıq tip pozuntusu, özünü kəsmələrlə. Sol said nahiyəsində çox saylı kəsiklər. Sol bazunun kobud, bərkimiş dəri çapıqları” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 18“b” maddəsinin II qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və cəmi 8 ay ximət etdikdən sonra ordu sıralarından ehtiyata buraxılıb. Hərbi hissədə cəmi dörd ay xidmət edən əsgər İ.Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb. 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbçilərdən biri olması ilə bağlı yalan iddiasına gəlincə isə, onun xidmət etdiyi dövrlə Mübariz İbrahimovun şəhid olması hadisəsi arasında 3 il zaman fərqini görməmək də mümkün deyil. Bu kimi məlumatları ictimailəşdirməzdən əvvəl Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsinin zəruriliyini bir daha KİV-in diqqətinə çatdırırıq” (APA).



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə