Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“DəmirBank” Beynəlxalq Əmanətlər Günü ilə bağlı daha bir tədbir keçirdi
“DəmirBank” Beynəlxalq Əmanətlər Günü ilə bağlı daha bir tədbir keçirdi
27 Noyabr 2014 / 19:01 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“DəmirBank” “Maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində şagirdlərin maliyyə biliyinin artırılması məqsədilə Sabunçu rayon 309 saylı orta məktəbdə tədbir keçirib.

 

Bankdan arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, təbdirdə “DəmirBank” və “Azərbaycan Respublikası Mərkəzi Bankı”nın əməkdaşları şagirdlərə əmanətlərin sığortalanması, büdcənin düzgün, səmərəli şəkildə təşkili və xərclənməsi barədə məlumatlar veriblər. Daha sonra şagirdlər arasında yarışma keçirilərək maarifləndirici hədiyyələr paylanılıb.

Beynəlxalq Əmanətlər Günü ilə bağlı sosial aksiyalar Azərbaycanda 2012-ci ildən Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə həyata keçirilir.

Aksiyaya davamlı olaraq qatılan “DəmirBank” bu kimi maarifləndirici təbdirləri regionlarda da gerçəkləşdirir. Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Aysel
arxiv.bizimxeber.az

Demir



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə