Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“DəmirBank” ”Energocredit” layihəsi çərçivəsində artıq ilk kreditlərin verilişini həyata keçirdi
“DəmirBank” ”Energocredit” layihəsi çərçivəsində artıq ilk kreditlərin verilişini həyata keçirdi
28 Noyabr 2014 / 13:31 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

“DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə ilk kreditlərin verilişini həyata keçirməyə başlayıb. İlkin olaraq Energocredit-lərdən müxtəlif biznes sahələrində çalışan müştərilər yararlanıblar.  Bankdan arxiv.bizimxeber.az-a daxil olan m’lumata görə, “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB) tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin məqsədi daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları əldə etməklə, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmələrinə yardımcı olmaqdır. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsul dəyərinin 10 faizini geri nağd şəklində almaq imkanı verir.

“DəmirBank” “Energocredit” layihəsinə bu ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə