Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilərin bizə hücumu artdı
Ermənilərin bizə hücumu artdı
28 Noyabr 2014 / 13:37 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Hücumlar hər gün olur, bunların bəzisi uğurlu, bəzisi isə uğursuz alınır

“Keçən il ilə müqayisədə Azərbaycana olunan kiberhücümlar 30% artıb “. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Elektron Təhlükəsizliyi Mərkəzinin rəhbəri Faiq Fərmanov  bildirib. O, qeyd edib ki, saytlara hücumlar hər gün olur. Lakin bu hücumların bəzisi uğurlu, bəzisi isə uğursuz alınır. Buna görə də hər bir resurs öz sistemini özü qorumalıdır. Dövlət qurumlarının saytlarının təhlükəsizliyini isə Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) qoruyur.
Faiq Fərmanov qeyd edib ki, “kiberfəzada hücumlar olarkən kimlər tərəfindən bu addımın atıldığını bir mənalı müəyyən etmək mümkün olmur. Çünki Ermənilər bəzən Çin ipləri ilə saytlara hücum edə bilirlər. Hücum edən tərəf bunu özü bəyan etmədikdə, bunu müəyyən etmək çətinləşir”. Lakin keçirilən monitorinqlər zamanı edilən kiberhücumları müəyyən edirik.
Onu da qeyd edək ki, bir neçə gün öncə ermənilərin Azərbaycanın məxfi sənədlərini ələ keçirdikləri xəbəri yayılmışdı. Ermənistan mətbuatında bir erməni xaker qrupunun Azərbaycan dövlət qurumlarının saytlarına kiber hücum təşkil etdiyi iddia edilirdi. Bildirilirdi ki, xakerlər nazirliklərin saytına hücum edərək vurulmuş erməni helikopteri və cəsədlərlə bağlı məxfi məlumatlar əldə ediblər.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov isə yayılan məlumatların yalan olduğunu vurğulamışdı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə