Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İşıq, qaz, su təcili özəlləşdirilsin” – TƏKLİF
“İşıq, qaz, su təcili özəlləşdirilsin” – TƏKLİF
28 Noyabr 2014 / 13:47 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Qanun dəyişdi – baytarlıq sahəsi artıq özəlləşdirlə bilər

Milli Məclisdə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişikliklər təsdiq edilib. Qanun layihəsi barədə iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, ölkədə özəlləşdirməyə tətbiq olunan sahələrin sayı artır. Komitə sədri qeyd edib ki, Azərbaycanda baytarlıq sahəsi artıq özəlləşdirilə bilər: “Əvvəlki qanun layihəsində bu hal mümkün deyildi. Yeni təklif olunan dəyişikliyə görə, baytarlıq sahəsi özəlləşdirilməyə gedə bilər”.

Millət vəkili Zahid Oruc qanun layihəsinin müzakirəsi zamanı əmlakların özəlləşdirilməsi probleminə toxunub. O qeyd edib ki, xüsusi ilə bölgələrdə bu sahədə problemlər hələ də qalır: “Biz bu məsələni həll etməliyik. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vətəndaşlara torpaq üçün verdiyi sənədlər Reyestr Xidmətində tanınmır. Sadə camaat burada əziyyət çəkən tərəfdir. Özəlləşdirmənin ən mühüm problemi budur. Kəndli evinin əmlak sənədini almaqda çətinlik yaşayır. Əmlak Komitəsi səyyar xidmətlərə başlayıb. Bu çox yaxşı addımdır. Bütövlükdə bu sistemi tətbiq etmək lazımdır. Vətəndaş öz əmlakını istifadə edə bilmir və özünü xarici ölkənin vətəndaşı kimi hiss edir”.

Deputat Qüdrət Həsənquliyev də qanun layihəsi ilə bağlı danışıb. O bildirib ki, Azərbaycan bazar iqtisadiyyatına keçib və dövlətin bu xidmət sahələrini nəzarətdə saxlaması əlavə yükdür: “Dövlət bu yüklərdən azad olunmalıdır. Düşünürəm ki, işıq, qaz, su xidmət sahələri təcili olaraq özəlləşdirilməlidir. Dövlət bu məsələdə kənara çəkilsə, bu imkan verəcək ki, ticarət mexanizmi daha yaxşı təşkil olunsun. Xarici ölkələrdə həbsxanaları belə özəl şirkətlər nəzarət edirlər”.

Millət vəkili Çingiz Qənizadə də əmlakların özəlləşdirilməsi ilə bağlı mövcud probləmlərə toxunub. O qeyd edib ki, ona sənədləşmə ilə bağlı bir çox müraciətlər daxil olur: “Vətəndaşlar sənədlərin tələb edirlər və real sənədin verilməsini istəyirlər. Əmlak Komitəsi və Reyestr Xidmətinə yeni səyyar xidmətə görə təşəkkür edirəm. Bu yeni sistem insanların əlçatanlığına imkan yaradıb”, – deyə deputat söyləyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə