Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda bir neçə dövlət standartı ləğv edildi
Azərbaycanda bir neçə dövlət standartı ləğv edildi
28 Noyabr 2014 / 15:50 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib.

Dövri yoxlama nəticəsində aşağıdakı dövlət standartları Komitə tərəfindən ləğv edilib:

– AZS 007-94 “Peçenye. Texniki şərtlər” və AZS 008-94 “Yulaf peçenyesi. Texniki şərtlər” dövlət standartları müasir tələblərə cavab vermədiyinə, aktuallıqlarını itirdiyinə və son illər bu standartlarla məhsul istehsal olunmadığı üçün;

– AZS 009-1994 “Qazlı su. Texniki şərtlər” dövlət standartı müasir tələblərə cavab vermədiyi, eyni zamanda AZS 282-2007 “Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər” dövlət standartı qüvvədə olduğu üçün;

– AZS 085-2003 “Yataq ağları. Ümumi texniki şərtlər” dövlət standartı Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən AZS 1.5-96 dövlət standartının tələblərinə uyğun olmadığı üçün;

– AZS 255-2007 (TŞ 6606/1989) “Xərək və xərək tutqacları” dövlət standartında ölkədə qüvvədə olmayan türk standartlarına istinad olunduğu üçün ləğv edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə