Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisindən Sevdaya xəbərdarlıq, Tolikə cərimə
Yol polisindən Sevdaya xəbərdarlıq, Tolikə cərimə
28 Noyabr 2014 / 17:00 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məşhurların pozduqları yol hərəkəti qaydalarından söz açıb.
Lent.az-ın “axşam.az”a istinadən xəbərinə görə, “Xəbərsizsiniz” verilişinə qonaq olan V.Əsədov tanınmışlara xəbərdarlıq edib: “İctimaiyyət arasında söz-söhbətlər gəzir: guya polislər məşhurların günahlarına göz yumur, onlar nə istəsələr, edə bilərlər, protokol yazılmır. Bu, yanlış fikirdir. Hətta məşhurların çəkdirdikləri avtomobillə bağlı o dırnaqarası klip bizim tərəfimizdən araşdırılıb, müvafiq cəzalar tətbiq edilib.

Bu gün törədilən xətaları lentə alıb internet saytlarında yerləşdirmək həmin vətəndaş barəsində tədbir görülməsinə imkan verir. Adlarını qeyd etmək istəməzdim, amma tanınan şəxslər arasında sürücülük vəsiqəsi olmayanlar var. Onlarla bağlı polisin saxlamaq əmrindən sonra durmayıb yola davam etmələri halları baş verir. Məşhurların hamısı törətdikləri xətaya görə cavab verir. Hətta Tolik Qazax yolunda xəta törədib və bunun qarşılığı olan yüz manat cəriməsini ödəyib”.

Bölmə rəisi, həmçinin, müğənnilərin çəkdirdikləri kliplərdə yol hərəkəti qaydalarının pozulmasına görə xəbərdarlıq edildiklərini deyib: “Müğənnilər klipdə avtomobillə çəkilirlərsə, onda təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Sevda Yahyayeva avtomobillə çəkdirdiyi klipə görə bizim tərəfimizdən xəbərdarlıq edilib”.  Qeyd edək ki, Sevda Yahyayevanın “Unut” adlı klipində motosiklet və avtomobil səhnələri lentə alınıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə