Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk nazirdən lavaş açıqlaması (VİDEO)
Türk nazirdən lavaş açıqlaması (VİDEO)
28 Noyabr 2014 / 17:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ömər Çelik: “Ermənistan lavaşı öz adına təsdiqlətməyib”

Türkiyə mədəniyyət və turizm naziri Ömər Çelik lavaşın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Ermənistan adı ilə salınmasına münasibət bildirib. ANS PRESS-in Media Təqib Mərkəzinə istinadla verdiyi məlumata görə, nazir bunu uğursuzluq kimi qiymətləndirməyin düzgün olmayacağını deyib. “Ermənistan lavaşı öz adına təsdiqlətməyib.
Mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Lavaşla əlaqədar məni heyrətləndirən informasiyalar oxudum. Ermənistan lavaşın erməni lavaşı kimi bütün dünyada tanınması şəklində idi. Ermənistanın müraciətində lavaşın onlara aid olduğu qeyd edilib. Biz isə lavaşın bir çox mətbəxin ortaq dəyər olduğunu söylədik. Verilən qərarda bunun Ermənistan sərhədləri daxilində erməni lavaşı kimi adlandırıla biləcəyi deyilir”, – deyə nazir bildirib.

Qeyd edək ki, UNESCO-nun rəsmi saytında lavaşın Ermənistanın milli mətbəxinə aid olduğu yazılıb. UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında qeyd edilirdi ki, lavaş incə kökə formasındadır və ənənəvi erməni çörəyidir. Beynəlxalq təşkilatın yaydığı məlumatda bildirilirdi ki, lavaş erməni mətbəxinin ayrılmaz hissəsidir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla Lavaşın erməni çörəyi adı altında YUNESKO-nun Reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi. Belə ki, Ermənistanın Lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alınmış və Komitə tərəfindən qəbul edilməyib.

İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı “Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture” (“Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi”) olduğuna baxmayaq, son qəbul edilən faylın adı “Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia” (“Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi”) olmuşdur. Bununla da YUNESKO qərarında bildiririlir ki, Lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklyuziv çörəyi deyil.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə