Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bizim ölkə neft iynəsinin üzərində oturur” – Araz Ağalarov
“Bizim ölkə neft iynəsinin üzərində oturur” – Araz Ağalarov
28 Noyabr 2014 / 17:50 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Azərbaycan mənşəli rusiyalı iş adamı Araz Ağalarov dünya neft bazarında baş verən ucuzlaşma ilə bağlı çox ümidsiz danışıb. 

Moskvada azərbaycanlı iş adamının vəsaiti ilə tikilmiş Pavşinsk körpüsünün açılışı zamanı Araz Ağalarov bildirib: “Məsələ bundadır ki, bizim ölkə müəyyən mənada neft iynəsinin üzərində oturur. Təəssüf ki, yaxın gələcəkdə qiymətlərin qalxması gözlənmir. Çünki dünya bazarında pay uğrunda müharibə gedir. Səudiyyə Ərəbistanı və başqa neft hasilatçısı ölkələr istəmirlər ki, şist nefti bazara girsin. Buna görə də qiymətlər yetərincə aşağı olacaq. Bu mənim qiymətləndirməmdir, mən də səhv edə bilərəm. Amma, düşünürəm ki, bütünlüklə 2015-ci ildə vəziyyət mürəkkəb olacaq”, – deyə Araz Ağalarov bildirib.

Bizimxeber,az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə