Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrəvanda ictimai fəalların avtomobilləri yandırılır
İrəvanda ictimai fəalların avtomobilləri yandırılır
30 Noyabr 2014 / 16:12 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Son günlər İrəvanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb. Yandırılan maşınlardan 5-i “Predparlament” hərəkatının üzvlərinə məxsus olub və hamısı gecə saat 4-5 arasında yandırılıb.

Əmlakına zərər vurulanlar etirazlarını bildirmk üçün İrəvan şəhər polis idarəsinin qarşısına toplaşıblar. Zərərçəkmiş Vartan Akopyan deyib ki, maşınların hamısı oxşar üsulla yandırılıb: “Bu isə hadisəni eyni cinayətkar qrupun törətdiyini deməyə əsas verir. Karo Engikyanın maşınından başqa digər maşınların hamısının arxa təkərinə maye tökərək yandırıblar. Ona görə arxa təkəri yandırırlar ki, benzin çəni və ya qaz balonu partlasın və maşın tamamilə yansın”. 

Onun dediyin görə, maşınlardan biri Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin, digəri polisin idarəsinin binasının qarşısında, qalanları isə həyətlərdə yandırılıb.

V. Akopyan bildirib ki,  maşınların üstündə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıb. Həmin maşınlar bir həftə öncə İrəvanda keçirilmiş “Rejimsiz yüzillik” etiraz yürüşünə də qatılıblarmış: “Ermənistan xan rejiminin total nəzarəti altındadır.  Bu hadisələri də kriminal elementlərlə çulğaşmış Ermənistan rejimi törədir. Rejim bununla üsyana qalxmış vətəndaşı qorxutmaq istəyir”. Erməni müxalifətçiləri törədilmiş hadisədə polisi və xüsusi xidmət orqanlarını ittiham ediblər. Onlar buna sübut kimi polisin müraciətlərini diqqətə almamasını və araşdırma aparılmamasını göstəriblər. İrəvan polisindən isə hadisənin araşdırıldığı bildirilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə