Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağdakı sahibkarlar Süleyman Mikayilovdan şikayətçi düşüb
Qaradağdakı sahibkarlar Süleyman Mikayilovdan şikayətçi düşüb
15 Dekabr 2015 / 18:40 / Baxış sayı: 1728
Font1 Font2 Font3 Font4

Azərbaycanda keçirilən ilk Avropa Oyunlarından sonra bəzi icra başçıları sahibkarlara qarşı xüsusi qaydalar tətbiq edib. Belə ki, bir muddət əvvəl mətbuatda Qaradağın icra başçısı  «Çakır» ləqəbli Süleyman Mikayılovun «boks oyunlarını mən maliyyələşdirmişəm» deməsi ilə bağlı məlumat yayılmışdı.

Məlumatda qeyd olunurdu ki, Qaradağ rayonunun icra başçısı «Çakır» ləqəbli Süleyman Mikayılov artıq neçənci dəfədir ki, «boks oyunlarını mən maliyyələşdirmişəm» deyir. Üstəlik, maliyyələşdirdiyini iddia etdiyi həmin yarışların təşkilatçısının FHN şefi Kəmaləddin Heydərov olduğunu və bu işləri də məhz ona görə etdiyini dilə gətirir.

Ətrafındakı adamlara külli miqdarda pul xərclədiyini deyən «Çakır» məcburiyyət qarşısında qalaraq, borca düşdüyünü də dilə gətirir. Bu səbəbdən də  həmin pulu yığmaq üçün artıq bütün idarə və müəssisə rəhbərlərinə göstəriş verib və onların üzərinə «haqq» qoyub.

Məlumat həmçinin qeyd olunurdu ki, Qaradağın icra başçısı FHN şefi Kəmaləddin Heydərovun adamı hesab olunur.  Avropa Oyunlarındakı yarışların maliyyələşməsinə gəldikdə isə bu dövlət büdcəsindən həyata keçirilib. Və həmin məqsədlə pul xərclədiyini deyən istənilən məmurun başlıca məqsədi özü üçün qazanc əldə etməkdir. Görünür, Süleyman Mikayılov da bu niyyətlə yuxarıda qeyd olunan fikirləri səsləndirib.
Eyni zamanda, icra başçısı onu himayə edən Kəmaləddin Heydərovu da hədəfə gətirmiş olub. Belə ki, bu yarışların təşkilatçısının ölkənin Birinci Xanımı Mehriban Xanım Əliyeva və Prezident İlham Əliyev deyil, məhz Kəmaləddin Heydərov olduğunu vurğulamaqla FHN şefini önə çəkib.
Bu günlərdə isə arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, artıq Qaradağ rayonundakı sahibkarlar S.Mikayilovun əməllərindən bezib və bu barədə yuxarı instansiyalara müraciət etmək istəyirlər. Ölkə başçısı İlham Əliyevin sahibkarlara qarşı diqqət və qayşısı, onların işinə maneə yaradılmaması kimi tapşırıqları qulaq ardına vuran icra başçısı Süleyman Mikayilov barədə müəyyən ölçü götürülməsi tələb olunur.
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə