Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xəsarət alan iki nəfər xəstəxanada öldü
Xəsarət alan iki nəfər xəstəxanada öldü
23 Oktyabr 2015 / 18:04 / Baxış sayı: 1108
Font1 Font2 Font3 Font4

Faktlarla bağlı araşdırma aparılır.

Paytaxtda yol qəzası zamanı xəsarət alan iki şəxs xəstəxanada dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Əhməd Seyidov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elzar Heydərovu vurub. Ağır bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardım göstərməsinə baxmayaraq Elzar Heydərov dünyasını dəyişib.

Oxşar hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini Nadir Zeynalov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Vladik Evdakinini vurub. Onu da xəstəxanaya yeryerləşdirib lazımı tibbi yardım göstərilməsinə baxmayaraq V.Evdakin xəstəxanada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oktyabr ayının 19-da da Binəqədi rayonunun Biləcəri qəsəbəsində avtomobil yolu keçmək istəyən şəxsləri vurmuşdu. Füzuli rayon sakini Zahid Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakinləri Dağlar Mikayılovu və Fərrux Musayevi vurub. Zərbə o qədər qüvvətli olub ki, hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə