Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran Azərbaycana qapılarını açdı
İran Azərbaycana qapılarını açdı
23 Oktyabr 2015 / 19:07 / Baxış sayı: 990
Font1 Font2 Font3 Font4

Rəsmi Tehran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb. İran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb. Bu ölkələr arasında Azərbaycanın da adı var. 

Amma bu qərar vizanı aeroportdan alan xarici turistlərə aiddir. Bundan əvvəl turistlər İrana 14 günlük viza ala bilirdilərsə, bundan sonra daha 15 gün artıra bilərlər. Dəyişiklik diplomatik pasportlara malik şəxslərə, biznesmenlərə və jurnalistlərə aid deyil. Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər.

İrana səfər etmək istəyən ABŞ, Somali, Böyük Britaniya, Kanada, Banqladeş, İordaniya, İraq,Əfqanıstan Pakistan vətəndaşları aeroportda viza əldə edə bilməzlər. Onlar bunun üçün ölkələrindəki İran konsulluqlarına müraciət etməlidirlər.

İran hökumətinin yeni viza proqramının turizmi inkişaf etdirmək məqsədilə tətbiq etdiyi vurğulanır. Turizmin inkişafına xidmət edəcək bu qərar İranın üzərindən sanksiyaların götürülməsindən sonra verilib.

İyulun 13-də İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın (“altılıq“) apardığı nüvə müzakirələrində razılıq əldə olunub.

İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il qüvvədə qalacaq. Silah sanksiyaları isə hələ 8 il qüvvədə saxlanılacaq. Adının açıqlanmasını istəməyən iranlı diplomat sıx əlaqələrin və danışıqların nəticə verdiyini söyləyib.

Digər bir iranlı rəsmi isə müqaviləni təsdiqləyib. Bir neçə gün əvvəl isə İranın üzərindən bəzi sanksiyaların götürüldüyü barədə məlumatlar yayıldı. Bu isə İranı turizm potensiyalını artırmağa imkan verdiyi üçün yeni qərarlar qəbul edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə