Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə Aşura günü insanların rahatlığı təmin edilib
Gəncədə Aşura günü insanların rahatlığı təmin edilib
24 Oktyabr 2015 / 13:50 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4

Müsəlman ümmətinin tarixinə kədərli,eyni zamanda insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması,İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Məhərrəmlik dini ayin deyil, mərasimdir və bu mərasimin insanların İmam Hüseynə olan hörmət və sevgisindən qaynaqlanır. Gəncədə şəhər İcra Hakimiyyəti tərəfindən Aşura gününün mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri aparılaraq inançlı insanlara lazımi imkanlar və şərait yaradılıb. Bu gün səhər saatlarından başlayaraq ictimai nəqliyyat vasitələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə aparılması üçün pulsuz nəqliyyat vasitələri də təşkil edilib. Eyni zamanda, vətəndaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün məscidlərin ətrafına və “İmamzadə” dini kompleksinə təcili tibbi yardım briqadası, Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib.

Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. İçməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilib. Xeyriyyəçi insanlar ziyarətgahda çadırlar qurublar. İmamzadəyə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb. Gəncəlilər Aşura günündə keçirilən qanvermə aksiyalarında böyük həvəslə iştirak edirlər. Xəstəxanalarda gözü yolda olan, qan gözləyən, ehtiyacı olanlara kömək etmək mərhəmətdən irəli gəlir və bu Allaha imanın, ibadətin ifadəsidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə