Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlikdən hava XƏBƏRDARLIĞI: yağış, sulu qar, qar… 
Nazirlikdən hava XƏBƏRDARLIĞI: yağış, sulu qar, qar… 
24 Oktyabr 2015 / 14:02 / Baxış sayı: 200
Font1 Font2 Font3 Font4

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.

***
Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq, gündüz mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 17-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən  yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq rayonlarında çiskin olacağı, axşam isə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlədə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 20-25 dərəcə, dağlıq rayonlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə