Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əməkdar artist Gülnar Salmanova vəfat etdi
Əməkdar artist Gülnar Salmanova vəfat etdi
24 Oktyabr 2015 / 15:19 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4

Əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, G. Salmanova ilə vida mərasimi sabah saat 11:00-da Arif Heydərov küçəsi 25 ünvanında yerləşən mənzilində keçiriləcək: “Dövlət Musiqili Teatrının rəhbərliyinin müraciəti əsasında əməkdar artist Gülnar Salmanova şəhər qəbiristanlığında dəfn olunacaq.

Dəfn mərasimində Mədəniyyət vəTurizm Nazirliyinin əməkdaşları, teatrın kollektivi iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi adından mərhumun yaxınlarına və əzizlərinə başsağlığı veririk. Allah rəhmət eləsin”.

Qeyd edək ki, G. Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşıb. O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə