Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adam oğurlayan dəstənin iki üzvü Azərbaycan vətəndaşı imiş
Adam oğurlayan dəstənin iki üzvü Azərbaycan vətəndaşı imiş
24 Oktyabr 2015 / 16:20 / Baxış sayı: 2002
Font1 Font2 Font3 Font4

Gürcüstanda Rusiyanın iki vətəndaşını girov götürən cinayətkar qrupun üzvləri tutulub.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, onlar Rusiya vətəndaşlarını qanunsuz olaraq azadlıqdan məhrum etmək, tamah məqsədi ilə əvvəlcədən planlaşdırılmış cinayət törətməkdə ittiham olunurlar.

Xəbərdə bildirilib ki, Daxili İşlər Nazirliyinin Kvemo Kartli (Borçalı) regional idarəsinin apardığı istintaq-axtarış tədbirləri nəticəsində cinayətkar qrup ölkənin Rustavi şəhərində saxlanılıb: “Qrupa Azərbaycanın iki vətəndaşı – 1976-cı ildə anadan olan Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz X., Gürcüstanın 3 vətəndaşı – 1988-ci ildə anadan olan Vladimir C., 1983-cü ildə anadan olan Vukar K. və 1988-ci il təvəllüdlü Roman Z. daxildir”.

Qrup üzvləri Gürcüstana qohum toyuna gələn Rusiya vətəndaşları, iş adamları Üzeyir S. və Mahir A.-nı oğurlayaraq, bir neçə gün qapalı yerdə saxlayıb, onların azadlığa buraxılmaları qarşılığında pul tələb ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə